AZ

Seçkidə qalib gələn müsəlman merdən Trampın təhdidinə cavab: Səsi artır...

Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AP-nin ilkin qeyri-rəsmi nəticələrinə görə Demokratlar Partiyasından Nyu-York meri vəzifəsinə namizəd Zohran Mamdani 50,6 faiz səs toplayaraq şəhərin ilk müsəlman meri olub.Turkustan.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 21:00-da başa çatıb və seçicilərin 83%-i iştirak edib. AP-nin açıqladığı ilkin nəticələrə əsasən, Mamdani səslərin 50,6%-ni qazanaraq ən yaxın rəqibi — müstəqil namizəd Endryu Kuomonu təxminən 9 faiz bənd fərqlə geridə qoyub. 34 yaşlı Mamdani bununla Nyu-York tarixində ilk müsəlman meri kimi adını yazdırıb.Qələbədən sonra etdiyi çıxışında Mamdani bu nəticəni “siyasi sülalənin devrilməsi” kimi dəyərləndirib:“Nyu-York, bu gecə siz dəyişiklik mandatı, yeni bir siyasət növü üçün mandat verdiniz,” – deyə o bildirib.O, qeyd edib ki, Nyu-York artıq müsəlmanlara qarşı nifrət dolu çıxışların yayıldığı bir şəhər olmayacaq və bu seçki “dəyişiklik dövrünün başlanğıcı” olacaq:“Bir despotu qorxutmağın bir yolu varsa, bu, onun hakimiyyətə gəlməsinə şərait yaradan şərtləri aradan qaldırmaqdır. Bu, təkcə Trampı dayandırmağın yolu deyil, həm də onun kimilərinin yenidən yüksəlməsinin qarşısını almağın yoludur. Buna görə də, Donald Tramp, sizə səslənirəm — bilirəm ki, məni izləyirsiniz: səsi bir az da artırın".

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
icma.az

2Mənbələr