AZ

Deputat İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsini təklif edib

Deputat Vüqar Bayramov İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsini təklif edib .

Onun sözlərinə görə, fondun xərclərinin əhəmiyyətli hissəsi yalnız işsizlik sığortası ilə deyil, həm də sosial proqramların maliyyələşdirilməsi və məşğulluğun dəstəklənməsi üçün istifadə olunur:

“Əgər fondun xərclərinin əhəmiyyətli hissəsi sosial proqramların maliyyələşdirilməsi və məşğulluq təminatı üçün istifadə olunursa, daha məqsədəuyğun olardı ki, fondun adında ‘məşğulluq’ sözü də yer alsın. Çünki fondun fəlsəfəsi təkcə işsizlik sığortası ilə məhdudlaşmır, sosial proqramların və məşğulluğun dəstəklənməsini də əhatə edir,” –  Bayramov bildirib.

Deputat vurğulayıb ki, bu addım həm də fondun fəaliyyət istiqamətlərinə daha uyğun olacaq və işsizlik sığortası ilə bağlı vəsaitlərin nisbətən az olması barədə suallara aydınlıq gətirəcək.

Bayramov, həmçinin, fondun xərclərinin təxminən 10 faizinin işsizlik sığortasına, təxminən 25 faizinin isə sosial proqramların maliyyələşdirilməsinə yönəldildiyini qeyd edib. 

Onun fikrincə, belə şəraitdə fondun yeni adla – “Məşğulluq və İşsizlik Sığorta Fondu” kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur.

Deputat həmçinin təklif edib ki, fondun son illərdə maliyyələşdirdiyi Özünüməşğulluq Proqramının təsirləri ayrıca qiymətləndirilsin və bu barədə xüsusi hesabat hazırlanaraq hökumətə təqdim edilsin.

N.Təbrizli

Seçilən
41
anews.az

1Mənbələr