AZ

Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir - Ramin Məmmədov

Bakı.Trend:

Sahib olduğumuz dövlət-din münasibətləri modeli sayəsində bu günAzərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadətedir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmizbeynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadirnümunələrdən biri kimi tanınır.

Trend xəbərverir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininsədri Ramin Məmmədov bu gün Azərbaycan Respublikasının DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən“Fərqliliyin rəngi” festivalında çıxışı zamanı deyib.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanıntəşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha damöhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünyamiqyasında tanıdır:

“Bu festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmıştolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızınbirgəyaşayış fəlsəfəsinin ifadəsidir”.

R.Məmmədov bildirib ki, bir müddət öncə Dövlət SuverenliyiGününü qeyd etdik:

“Üç gün sonra isə Azərbaycanın ən şanlı tarixi – Zəfər Gününüqeyd edəcəyik. Tarixə qızıl hərflərlə yazılan bu qələbələrxalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamınıntəntənəsidir. Suverenlik və Zəfər Konstitusiyamızın,dövlətçiliyimizin və birliyimizin təməl sütunlarıdır”.

Seçilən
34
az.trend.az

1Mənbələr