AZ

Enerji içkiləri zərərlidirsə, niyə satılır? AÇIQLAMA

Milli.az saytına istinadən ain.az xəbər verir.

Energetik içkilərin insanlara zərərləri tez-tez müzakirə olunan məsələlərdən biridir. Son illərdə xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu içkilər bəzən enerji verməsi və yorğunluğu azaltması ilə təbliğ edilsə də, onların tərkibində olan maddələr orqanizmə müxtəlif mənfi təsirlər göstərə bilər. Belə ki, enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.

Bəs, sözügedən içkilərin zərərlərinə baxmayaraq, uşaqlara belə satılması nə dərəcədə doğrudur?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildiri ki, energetik içkilərin etiketlərində bütün məlumatlar qeyd olunub.

E.Hüseynovun sözlərinə görə, istehsalçılar açıq şəkildə bildirirlər ki, bu içkilər zəif orqanizmlərə, xəstələrə və xüsusilə azyaşlı uşaqlara mənfi təsir göstərir:

"Əgər hər hansı məhsul zəif və xəstə insanlara zərərlidirsə, onun sağlam insanlara faydalı olacağı da şübhə doğurur".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə mühüm addım atdığını qeyd edən həmsöhbətimiz əlavə edib ki, təxminən 4 il əvvəl energetik içkilərin yerli istehsalı və xaricdən idxalı üçün standart qəbul edilib:

"Həmin standart tərkibində asılılıq yaradan maddələrin miqdarının minimuma endirilməsini tələb edir və bu gün bazarda olan energetik içkilər həmin qaydalara uyğun istehsal və idxal olunur".

Bununla belə nəzərə çatdırıb ki, bu içkiləri tam qadağan etmək də doğru olmaz. İzah edib ki, bazar tələb-təklif qanunu ilə işləyir:

"Qadağa tətbiq olunsa, bu, yalnız qaçaqmalçılığın artmasına səbəb ola bilər. Lakin məktəblər, valideyn komitələri və ailələr bu məsələyə daha ciddi yanaşmalı, uşaqların energetik içkilərdən maksimum dərəcədə uzaq durması üçün maarifləndirici iş aparmalıdırlar".Mina Mikayılova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
news.milli.az

4Mənbələr