AZ

Onların mənzil təminatına 50 milyon xərclənəcək

“Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı həddinin 285 manatdan 300 manata artırılması proqnozlaşdırılır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə tutulub. Həmçinin imtiyazlı şəxslərin, şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin mənzillərlə təminatına 50 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur”, - nazir bildirib.

"Cebheinfo.az"

Seçilən
10
13
cebheinfo.az

10Mənbələr