AZ

“Qarabağ” - “Çelsi” oyunu ilə bağlı avtobus marşrutlarında dəyişiklik ediləcək

Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda baş tutacaq “Qarabağ” - “Çelsi” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq. Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

İdman.Biz

Seçilən
14
27
idman.biz

10Mənbələr