AZ

2026-cı ildə səhiyyə xərcləri 2,1 milyard manata çatacaq

2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən səhiyyə xərclərinə 2,1 milyard manat ayrılması planlaşdırılır. Bu barədə Milli Məclisdə 2026-cı il büdcə layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Himalay Məmişov məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ 2025-ci illə müqayisədə 31 milyon manat və ya 1,5 faiz, 2024-cü illə müqayisədə isə 106 milyon manat və ya 10,7 faiz çoxdur.

Məmişov qeyd edib ki, səhiyyə sahəsinə ayrılan vəsait əsasən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, icbari tibbi sığortanın maliyyələşdirilməsinə və regionlarda tibb müəssisələrinin modernləşdirilməsinə yönəldiləcək.

N.Təbrizli

Seçilən
28
anews.az

1Mənbələr