AZ

Aİ viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planını Ermənistana təqdim etdi

BAKI, 5 noyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planını Ermənistana təqdim edib.

Teleqraf xəbər verir ki, bu, Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Luçnerlə Ermənistan daxili işlər naziri Arpin Sərkisyan arasında İrəvanda keçirilən görüşdə baş tutub.

Daxili işlər naziri bildirib ki, Ermənistan fəaliyyət planına vətəndaşların hərəkətliliyinin artırılması və ictimai təhlükəsizliyin islahatlarına yönəlmiş strateji sənəd kimi baxır.

Xatırladaq ki, Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar 2024-cü ilin dekabrında rəsmi olaraq İrəvanda başlayıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr