AZ

Ermənstan XİN: Türkiyəyə aviareyslər Gümrüdən həyata keçirilə bilər

Ermənistan və Türkiyə iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib.

“İki sahil”in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün keçirilən "Orbeli Forumu 2025: sülh və çoxtərəfli əməkdaşlığın qurulması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Türkiyəyə aviareyslərin Gümrüdən də (Ermənistanın ikinci böyük şəhəri) həyata keçirilməsinin təmin olunacağı gözlənilir.

Hazırda aviareyslər İrəvan və İstanbul arasında həyata keçirilir.

Seçilən
14
ikisahil.az

1Mənbələr