AZ

Dövlət qulluğu imtahanlarından müvəffəqiyyətlə keçənlərə sertifikatların verilməsinə başlanılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, AZƏRTAC

Sentyabrın 25-də və 29-da Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğu üzrə keçirdiyi test imtahanlarında müvəffəqiyyət qazanan şəxslərə sertifikatların verilməsinə başlanılıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlarda uğur qazanaraq sertifikat əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:

- Sentyabrın 25-də dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş şəxslər;

- Sentyabrın 29-da Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] ünvanına müraciət olunmalı və ərizəyə şəxsiyyəti təsdiqləyən sənədin surəti də əlavə edilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
azertag.az

4Mənbələr