AZ

Filippində güclü qasırğa: böyük dağıntılar var, helikopter qəzaya düşüb 72 nəfər ölüb, 26 nəfər isə...

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Sakit Okeandan Filippinə gələn "Kalmaegi" adlı qasırğa fəlakətə yol açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Filippin hökumətindən açıqlama verilib.

Bildirilib ki, qasırğa 66 nəfərin ölümünə səbəb olub, 26 nəfər isə yoxa çıxıb: "İtkin düşmüş şəxslərin axtarışı davam edir. Böyük dağıntılar var...."

Məlumatda o da deyilir ki, dağıntı bölgələrində xilas etməyə cəlb olunan Filippin Hərbi Hava Qüvvələrinə məxsus helikopter Agusan del Sur bölgəsində qəzaya uğrayıb: "Bu qəzada isə altı heyət üzvü həlak olub".

Lamiyə Əhmədli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
mia.az

1Mənbələr