AZ

DOST Agentliyinə ayrılacaq vəsaitin həcmi məlum oldu

Bakı. Trend:

2026-cı ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı vəOperativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərəkmaliyyələşdirilməsinə Fonddan ayrılan vəsait 50,0 mln. manatməbləğində proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasətkomitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosialmüdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində özəksini tapıb.

Müvafiq banklarla bağlanmış satınalma-müqavilə şərtlərinə uyğunolaraq pensiya və müavinətlərin benefisiarlara çatdırılması üzrəxidmət haqqı aparılmış maliyyə əməliyyatlarının 0,5 faizi qədərmüəyyən edilib. Fondun 2026-cı il üzrə əhaliyə ödənişlər üzrəxərcləri 8196,45 mln. manat həcmində gözlənildiyindən pensiya vəmüavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarınınaparılması üzrə xidmət haqqı xərcləri 40,98 mln. manat(8196,45*0,5%) məbləğində proqnozlaşdırılıb.

Məqalədə:
Seçilən
36
1
az.trend.az

2Mənbələr