AZ

“Qarabağ” ən yüksək səviyyəli rəqiblərə qarşı belə aciz görünməyib”

“Qarabağ” bu gün UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turunda “Çelsi” ilə üz-üzə gələcək.

Ağdam təmsilçisinin sabiq üzvü Elgiz Kərəmli görüşlə bağlı İdmanxeber.az saytına fikirlərini bölüşüb.

O, təmsilçimizin şanslarını dəyərləndirib:

“Rəqibin səviyyəsi hamıya bəllidir. Gənc, dinamik və çox keyfiyyətli bir komandadır. Lakin düşünürəm ki, “Qarabağ” hər zamankı kimi öz oyun stilindən kənara çıxmayacaq və bunun uğurlu olduğunu dəfələrlə görmüşük. Ən azından, ən yüksək səviyyəli rəqiblərə qarşı belə aciz görünməyib. Nəinki bir xal qazanmaq, “Çelsi”yə qarşı layiqli mübarizə aparmaq belə Azərbaycan futbolu üçün böyük uğurdur”.

Seçilən
47
1
idmanxeber.az

2Mənbələr