AZ

Kamran Əliyev: “Prezident İlham Əliyevin ‘Biz Qarabağı cənnətə çevirəcəyik’ sözlərinin artıq reallıqda şahidi oluruq”

İşğaldan azad olunmuş ərazilərdə həyat sürətlə canlanır. Prezident İlham Əliyevin “Biz Qarabağı cənnətə çevirəcəyik” sözləri bu gün gerçəyə çevrilir.

Doğru.az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev Zəngilanda keçirilən “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda səsləndirib.

Kamran Əliyev bildirib ki, artıq Zəngilan, Laçın, Füzuli və digər rayonlar da daxil olmaqla, öz doğma yurd-yuvalarına qayıdanlarla birlikdə işğaldan azad edilmiş ərazilərimizdə vətəndaşlar daimi məskunlaşıb.

Baş prokurorun sözlərinə görə, bu gün Zəngilan da daxil olmaqla bütün azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri, yaşayış məntəqələrinin bərpası, sosial və iqtisadi inkişafa yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir:

> “Müasir avtomobil yolları, hava limanları, enerji və su təchizatı xətləri, məktəblər, xəstəxanalar və xidmət obyektləri bu torpaqlarda yeni həyatın təməlini qoyur”.

 

Qeyd edək ki, Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində keçirilən konfransda Baş prokuror Kamran Əliyev, Prezidentin Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın hərbi prokuroru Bəhruz Əhmədov, general-mayor Azər İbrahimov, Milli Məclisin deputatları, QHT rəhbərləri, Vəkillər Kollegiyasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DOĞRU.AZ

Seçilən
35
1
dogru.az

2Mənbələr