Bakı. Trend:
2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddihaqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsiməqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi300 manat məbləğində təsdiq ediləcək.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyinedilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi285 manat məbləğində təsdiq edilib.
Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin15 manat, yəni təxminən 5,26 %artırılması nəzərdə tutulur.
Layihə qəbul ediləcəyi təqdirdə, 2026-cı il yanvarın 1-dənqüvvəyə minəcək.