AZ

NBA: “Oklahoma-Siti Tander” ardıcıl səkkizinci qələbəsini qazanıb

Bakı, 5 noyabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, azərkeşlər 6 qarşılaşmaya şahidlik ediblər.

Bu mövsüm Qərb konfransında məğlub olmayan “Oklahoma-Siti Tander” “Los-Anceles Klippers”i 126:107 hesabı ilə üstələyərək ardıcıl səkkizinci qələbəsini qazanıb.

“Qolden Steyt Uarriors” isə “Finiks Sanz”ı məğlub edib və iki matçdan sonra qələbəyə sevinən tərəf olub - 118:107.

Nəticələri təqdim edirik:

“Toronto Raptors” - “Miluoki Buks” – 128:100

“Atlanta Huks” – “Orlando Mecik” – 127:112

"Çikaqo Bulls" - “Filadelfiya” – 113:111

"Nyu Orlean Pelikans" - "Şarlot Hornets" – 116:112

“Qolden Steyt Uarriors” - “Finiks Sanz” – 118:107

“Los-Anceles Klippers” - “Oklahoma-Siti Tander” 107:126

Seçilən
8
1
azertag.az

2Mənbələr