AZ

Dövlət qurumlarına qarşı 50-dən çöx kiberhücumların qarşısı alınıb

BAKI, 5 noyabr. TELEQRAF

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan dövlət qurumlarının informasiya sistemlərinin daimi monitorinqi nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən 52 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklananıb.

Bu barədə Teleqraf-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, bu kibertəhdidlərin 31-i daxili araşdırma, 21-si isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunmuşdur.

Seçilən
7
5
teleqraf.com

6Mənbələr