AZ

ABŞ növbəti “şatdaun” rekordunu vurdu


ABŞ-də federal hökumətin fəaliyyətinin dayandırılması (“şatdaun”) müddəti üzrə ölkə tarixində yeni rekord qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, oktyabrın 1-də gecə yarısı başlayan şatdaun Donald Trampın ilk prezidentlik dövründə (2017-2021) 2018-2019-cu illərdə müəyyən edilmiş rekordu yeniləyib.
Belə ki, senat on dörd cəhddən sonra hökumətin maliyyələşdirməsi ilə bağlı qanun layihəsini təsdiq edə bilmədikdən sonra “şatdaun” yenidən qüvvədə qalıb.
Prosessual səsvermə zamanı daha əvvəl Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsini 54 üzv dəstəkləyib, 44 senator isə əleyhinə səs verib. Qanun layihəsinin təsdiqi üçün 60 səs lazımdır.
Ən uzunmüddətli “şatdaun” 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu ilə qədər 35 gün davam edib ki, bu da Donald Trampın birinci dövründə baş verib.
Seçilən
15
1
yeniavaz.com

2Mənbələr