AZ

Rusiyada İnterpol xətti ilə saxlanılaraq Azərbaycana təhvil verən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Arif Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Murad Ömərov 5 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 02 sentyabr 2023-ci il tarixdə saat 20 radələrində Naftalan rayonunda qeydə alınıb.


Belə ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək Elvin Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər.


Elvin Əhmədli ev sahibinin ad günündə mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək Arif Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan ümumilikdə 110 383 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurlayıblar.


Cinayət hadisəsini törətdikdən sonra Arif Vəliyev Hikmət Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb, qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.


Daha sonra Arif Vəliyev ölkə ərazisindən qaçıb və 1 il sonra İnterpolun Milli Mərkəzi Bürosu və Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib.


Elvin Əhmədli, Hikmət Məmişov isə 2023-cü ilin sentyabr ayında saxlanılıblar.

 

Kamal Məmmədov 

Tarix: 5 Noyabr 2025, 10:19   
Seçilən
54
pravda.az

1Mənbələr