AZ

Ukraynanın zərbələri və sanksiyalar Rusiyanın neft ixracını çökdürür Göstəricilər COVID dövrünə enib

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın neft ixracı son aylarda kəskin şəkildə azalıb. “Reuters” agentliyinin məlumatına görə, sentyabr ayında ölkənin gündəlik ixrac həcmi 500 min barel azalıb və hazırda Rusiya əvvəlki 2,5 milyon barel əvəzinə təxminən 2 milyon barel neft ixrac edir. Bu göstərici COVID-19 pandemiyası dövründən bəri ən aşağı səviyyə kimi qiymətləndirilir.

Agentliyin məlumatına əsasən, azalmanın başlıca səbəbləri iki amillə bağlıdır:

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı obyektlərinə endirdiyi sistemli və dəqiq zərbələr;

Qərb ölkələrinin enerji sektoruna qarşı tətbiq etdiyi davamlı iqtisadi sanksiyalar.

Məlumata görə, Ukrayna qüvvələri Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən iki böyük sənaye obyektini - “Sibur-Kstovo” və “Lukoil-Nijniqorodnefteorgsintez” zavodlarını hədəfə alıb.

“Lukoil-Nijniqorodnefteorgsintez” Rusiyanın aparıcı neft emalı müəssisələrindən biridir və Moskva regionunu yanacaqla təmin edən əsas mənbə sayılır. Paytaxtın benzininin təxminən 30 faizi bu zavoddan boru kəməri ilə daşınır. Zavodun illik emal gücü 17 milyon ton təşkil edir və burada avtomobil, aviasiya və dizel yanacağı da daxil olmaqla 50-dən çox məhsul növü istehsal olunur.

Bundan əlavə, 4 noyabr gecəsi Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən neft-kimya zavodunda da bir neçə güclü partlayış qeydə alınıb. Müəssisə kauçuk, aviasiya benzini və digər kimyəvi materialların istehsalı üzrə ixtisaslaşıb.

Hərbi müşahidəçilər qeyd edirlər ki, Ukrayna ordusu son həftələr “heyrətamiz sabitlik” nümayiş etdirərək demək olar hər gecə Rusiya sənaye və enerji infrastrukturlarına uğurlu zərbələr endirir. Bu sistematik hücumların nəticəsində Rusiya neft sənayesində dərin böhran yaranır və ixrac həcmləri sürətlə azalır.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
azpolitika.info

1Mənbələr