AZ

34 yaşlı müsəlman Zohtan Mamdani Nyu-York şəhərinin meri seçildi

Demokratik Partiyadan olan namizəd Zohran Mamdani 4 noyabrda keçirilən Nyu-York şəhər meri seçkilərində qalib gəlib.

 

Məlumatı "CBS News" telekanalı bülletenlərin 90%-nin emalından sonrakı nəticələrə əsasən yayıb.

 

Mamdani üçün seçicilərin 50,4%-i səs verib. Müstəqil namizəd Endryu Kuomo 41,6%, respublikaçı Körtis Sliva isə 7,1% səs toplayıb.

 

Bundan əlavə, Demokratik Partiyadan olan namizəd Miki Şerill Nyu-Cersi ştatının qubernatoru vəzifəsi uğrunda mübarizədə respublikaçı Cek Çiattarellini üstələyib.

 

ABŞ Prezidenti Donald Tramp yerli seçkilərdə respublikaçıların uğursuzluğunda şatdaunu günahlandırıb.

 

Yeri gəlmişkən, o bu seçkilərdə Endryu Kuomonun namizədliyini dəstəkləyirdi.

 

Qeyd edək ki, Mamdani seçkiqabağı kampaniya zamanı mənzil kirayəsi qiymətlərinin artımını dondurmağı, avtobusla pulsuz gediş-gəlişi təmin etməyi, aşağı qiymətlərlə şəhər ərzaq mağazaları şəbəkəsi yaratmağı, 2030-cu ilə qədər minimum əmək haqqını hər saata görə 16,5 dollardan 30 dollara qədər artırmağı vəd edib. O, sosial təşəbbüslərini maliyyələşdirmək üçün varlılıq vergisini artırmaq, həmçinin dövlət ali təhsil sistemində pulsuz təhsilin maliyyələşdirilməsinə vəsaitləri yönəltmək üçün Nyu-Yorkun özəl universitetlərinə əmlak vergisi tətbiq etmək niyyətindədir.

 

Onu da xatırladaq ki, hazırda Nyu-Yorka Erik Adams rəhbərlik edir. Əvvəlcə o, müstəqil namizəd kimi yenidən seçilmək istəyirdi, lakin sentyabrda seçki yarışından çəkildiyini elan etdi.

Seçilən
18
senzor.az

1Mənbələr