AZ

Nyu-Yorka müsəlman mer seçildi

Nyu-York şəhərində keçirilən mer seçkilərində 34 yaşlı Zohran Mamdani qalib gəlib.

Milli.Az xəbər verir ki, o, şəhərin tarixində ilk müsəlman və ilk hind əsilli merdir.

Mamdani seçkilərdə sabiq qubernator Endryu Kuomo və respublikaçı namizəd Körtis Sliwa üzərində üstünlük qazanıb.

Mamdani Nyu-Yorkun siyasi tarixində yeni səhifə açıb.

Yeni mer seçki kampaniyasında əsas diqqəti yaşayış xərclərinin azaldılmasına, ictimai nəqliyyatın hamı üçün pulsuz olmasına və uşaqlar üçün universal baxımın təmin edilməsinə yönəltmişdi.

Zohran Mamdani Hindistan əsilli amerikalı siyasətçidir. O, 1991-ci ildə Uqandada doğulub, ailəsi qısa müddət sonra ABŞ-a köçüb və Nyu-Yorkda böyüyüb. Atası tanınmış kinorejissor Mahmood Mamdani, anası isə aktrisa və yazıçı Mira Nairdir.

İsmayıl
Milli.Az

Seçilən
11
milli.az

1Mənbələr