AZ

75 bıçaq zərbəsi ilə öldürülən 20 yaşlı Arzunun qətlinin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində rus əsilli, 20 yaşlı Arzu Xəlilovanın amansız şəkildə qətlə yetirilib.

KONKRET.az milliaz-a istinadla xəbər verir ki, qətllə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Məlumatına görə, cinayət oktyabrın 3-də Yıldırım rayonundakı mənzildə, saat 15:00 radələrində baş verib. İlkin araşdırmalara əsasən, gənc qadın birgə yaşadığı Azərbaycan əsilli Salican Mehmet tərəfindən öldürülüb.

Məlumata görə, cütlük arasında yaranan mübahisə zamanı Mehmet mətbəxdən bıçaq götürərək Xəlilovaya hücum edib. Qonşular evdən gələn səs-küyü eşidərək polisə xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Salican Mehmeti yaxalayıblar.

Xəstəxanaya çatdırılan Arzu Xəlilovanın həyatını xilas etmək mümkün olmayıb. Tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, onun bədənində 75 bıçaq yarası aşkarlanıb.

İstintaq zamanı Salican Mehmet cinayəti törətdiyini etiraf edib. O, ifadəsində bildirib ki, mübahisə qadının “alış-verişə gedirəm, uşaqlara bax” deməsindən sonra yaranıb və bu sözlər onu əsəbiləşdirib.

Qeyd edək ki, cütlüyün 3,5 və 2 yaşlarında iki azyaşlı qızı var. Araşdırmada məlum olub ki, Mehmet əvvəllər dəfələrlə məhkum olunub – onun barəsində qəsdən xəsarət yetirmə, narkotik vasitələrin saxlanması və odlu silah qanunlarını pozma maddələri üzrə səkkiz cinayət qeydi mövcuddur. Bundan əlavə, o, Arzu Xəlilovaya qarşı cinsi təcavüz ittihamı ilə də istintaqa cəlb edilib.

Bursa Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Araşdırmalar davam etdirilir.

Seçilən
2
12
konkret.az

10Mənbələr