AZ

Rusiyanın Xalq artisti VƏFAT ETDİ

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiyanın Xalq artisti və məşhur televiziya aparıcısı Yuri Nikolayev Moskvada vəfat edib. 

Bakıvaxtı.az bildirir ki, onun ölüm xəbərini yaxın dostu, artist Nikolay Tsiskaridze təsdiqləyib.

Məlumata görə, aparıcının günorta saatlarında səhhəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, aparıcı sətəlcəmdən əziyyət çəkirmiş.

Qeyd edək ki, son illər o, ciddi xəstəliklə mübarizə aparırdı və 2021-ci ildən efirdə görünmürdü. O, Yuri Nikolayev “Səhər poçtu”, “Gecən xeyrə qalsın, balaca!”, “Səhər ulduzu” və “Böyük dəyişim” kimi proqramlarla tanınırdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr