AZ

Belarus bu ölkələrə "qırmızı işıq" göstərdi: Minlərlə yük maşını sərhəddə qalıb

Minskin 2027-ci ilin sonuna qədər Polşa və Litva yük maşınlarının və traktorlarının öz ərazisində hərəkətinə qadağa qoymasından sonra minlərlə yük maşını Belarus sərhədində ilişib qalıb.

Publika.az xəbər verir ki, bu barədə "TVP World" məlumat yayıb.

Belarusun Dövlət Sərhəd Komitəsinin məlumatına görə, Litvanın iki nəzarət-buraxılış məntəqəsi yaxınlığında 1260-dan çox, Polşada isə 2045-dən çox yük maşını qalıb.

Litva Beynəlxalq Nəqliyyat və Logistika Alyansının (TTLA) baş katibi Povilas Drizasın sözlərinə görə, bu addım Belarus və Rusiya üzərindən Çin və Aİ arasında yük daşıyan logistik firmaların işini pozacaq.

Xatırladaq ki, Belarusla sərhəddə qarşıdurma Polşa və Litvanın Belarus və Rusiya arasında birgə hərbi təlimlərə cavab olaraq sentyabr ayında sərhəd keçidlərində nəzarəti gücləndirməsi ilə başlayıb.

Seçilən
33
publika.az

1Mənbələr