AZ

ABŞ ən uzun müddətə bağlanma REKORDUNU QIRDI

ABŞ hökumətinin hazırkı bağlanması rəsmi olaraq ölkə tarixində ən uzun müddətə bağlanma rekordunu üstələyib.

Publika.az xəbər verir ki, Senat on dörd cəhddən sonra hökumətin qısamüddətli maliyyələşdirmə qanun layihəsini təsdiq edə bilmədikdən sonra bağlanma davam edir. Qanunvericilər işlərini yekunlaşdırıblar və qanun layihəsinə Vaşinqton vaxtı ilə saat 10-da baxmağa qayıdacaqlar.

Ən uzun bağlanma 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu il tarixinə qədər 35 gün davam edib ki, bu da Donald Trampın birinci prezidentlik dövründə baş verib.

ABŞ hökuməti oktyabrın 1-də fəaliyyətini rəsmən dayandırıb.

Nəticədə yüz minlərlə dövlət işçisi maaşsız qalıb, təxminən 1,5 milyonu natamam maaş alıb. Noyabrın 5-dək ABŞ-ın büdcəsi razılaşdırılmasa, indiki qapanma ölkə tarixində ən uzun müddətə bağlana bilər.

Seçilən
30
publika.az

1Mənbələr