Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib.
Artıq aparıcı məşqlərə də başlayıb.
Budəfəki parada da Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.
Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta