AZ

Paşinyandan Moskva və Tehrana mesaj: Azərbaycan üzərindən açılacaq

Hazırda Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən keçəcək nəqliyyat dəhlizi ilə bağlı danışıqlar davam edir.

Globalinfo.az-ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib. O bildirib ki, bu marşrut təkcə Ermənistan və Rusiya üçün deyil, həm də İran üçün mühüm iqtisadi əhəmiyyət daşıyır.

Paşinyanın sözlərinə görə, bu nəqliyyat xətti İranın tranzit imkanlarını genişləndirəcək və ölkəyə Qara dəniz, Gürcüstan, eləcə də Orta Asiya bazarlarına çıxış imkanı yaradacaq.

"Bu marşrut İran üçün də strateji baxımdan maraqlıdır, çünki region ölkələri arasında yeni logistika və ticarət əlaqələrinin formalaşmasına kömək edəcək," - Paşinyan qeyd edib.

Qeyd edək ki, regionda kommunikasiya xətlərinin bərpası və yeni nəqliyyat dəhlizlərinin yaradılması məsələsi uzun müddətdir gündəmdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr