AZ

"Ermənistana taxıl Azərbaycandan keçən marşrutla gəlir" - erməni nazir xüsusi açıqlama yaydı

Musavat.com xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri ölkəsinə Qazaxıstandan göndərilən buğdanın yaxın günlərdə Azərbaycandan tranzit keçməklə çatacağını açıqlayıb.

Nazirin sözlərinə görə, hazırda Rusiya buğdasının da bir partiyası eyni marşrutla - Azərbaycan ərazisindən tranzitlə - Ermənistana daşınır.

Bu fakt Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin faktiki işlədiyini göstərir və regionda ticarət əlaqələrinin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Ekspertlər bildirirlər ki, bu, həm logistika baxımından daha sərfəli marşrutdur, həm də regionda iqtisadi sabitliyin möhkəmlənməsi baxımından yeni mərhələ sayıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
1
olaylar.az

2Mənbələr