AZ

“Liverpul” “Real Madrid”ə minimal hesabla qalib gəlib - VİDEO

Çempionlar Liqası ümumi mərhələsinin 4-cü turunda “Liverpul” və “Real Madrid” arasındakı oyun başa çatıb.

İdman.Biz bildirir ki, İngiltərədə keçirilən oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

61-ci dəqiqədə mersisaydlıların yarımmüdafiəçisi Aleksis Makallister matçın yeganə qolunu vurub.

Bundan əvvəlki turda mersisaydlılar “Ayntraxt Frankfurt”u 5-1 hesabı ilə darmadağın ediblər. “Kral klubu” isə “Yuventus”"u 1-0 hesabı ilə məğlub edib.

Növbəti turda Arne Slotun komandası PSV (26 noyabr), Xabi Alonsonun klubu isə “Olimpiakos”la (26 noyabr) qarşılaşacaq.

İdman.Biz

Seçilən
60
idman.biz

1Mənbələr