AZ

Əliyar Ağayevin idarə etdiyi oyunda "Arsenal" qələbə qazandı

Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib.

Publika.az xəbər verir ki, qarşılaşma "topçular"ın 3:0 hesablı qələbəsi ilə bitib.

Azərbaycanlı hakim 32-ci dəqiqədə çexiyalıların futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb.

Zərbəni yerinə yetirən Bukayo Saka isə hədəfdən yayınmayıb. Digər qolları Bay Merino (46, 68) vurub.

Seçilən
28
10
publika.az

10Mənbələr