"Arsenal"ın gənc istedadı Maks Douman (2009) futbol tarixində yeni bir səhifə açıb.

Offsideplus.az xəbər verir ki, o, cəmi 15 yaş 308 günündə meydana çıxaraq Çempionlar Liqasında oynayan ən gənc futbolçu olub və bu göstərici ilə Lamine Yamal və Youssoufa Moukokonun rekordlarını geridə qoyub.

Douman 2025-ci il 4 noyabr tarixində keçirilən “Slavia Praqa” – “Arsenal” oyununda, hesab 0:3 “topçular”ın xeyrinə olarkən, 72-ci dəqiqədə Yurien Timberin yerinə meydana daxil olub. Gənc vingerin qısa müddətdə sərgilədiyi özünəinam və olğun oyun tərzi baş məşqçi Mikel Artetanın da diqqətini çəkib.

İngiltərə Premyer Liqasında isə Douman artıq bu mövsüm 23 avqustda, “Lids” üzərində 5:0 hesablı qələbə zamanı debüt etmişdi. Bununla o, liqa tarixində meydana çıxan ikinci ən gənc futbolçu olub – yalnız komanda yoldaşı Ethan Nwaneri ondan 53 gün daha gənc yaşda debüt etmişdi.

İngiltərə futbol ictimaiyyəti və “Arsenal” azarkeşləri Doumanı “gələcəyin ulduzu” kimi görürlər. Klub, gənc oyunçunun inkişafını qorumaq üçün İngiltərə Futbol Assosiasiyasının yaş məhdudiyyətli futbolçularla bağlı xüsusi qaydalarına əsasən bütün protokolları işə salıb.

Beləliklə, Max Douman Çempionlar Liqasının yeni tarixini yazaraq futbol dünyasına adını erkən yaşda həkk etdirdi.

Maks Douman – 15 yaş 10 ay 4 gün
Yussufa Moukoko – 16 yaş 18 gün
Lamin Yamal – 16 yaş 2 ay 6 gün
Selestin Babayaro – 16 yaş 2 ay 25 gün
Rayan Çerki – 16 yaş 3 ay 10 gün
Alen Haliloviç – 16 yaş 4 ay 6 gün
Yuri Tielmans – 16 yaş 4 ay 25 gün
Francesko Kamarda – 16 yaş 7 ay 12 gün
Uarren Zaîr-Emeri – 16 yaş 7 ay 17 gün
Xaralambos Mavrias – 16 yaş 7 ay 29 gün