Musavat.com xəbər verir ki, The New York Times Ağ Evin Venesuelaya qarşı mümkün hərbi əməliyyat planlarını müzakirə etdiyini yazıb.
Məlumata görə, ABŞ administrasiyası üç əsas variantı nəzərdən keçirir:
Hava zərbələri – Venesuelanın hərbi obyektlərinə hücum edərək prezident Nikolas Maduronu dəstəkləyən ordunun mövqeyini zəiflətmək;
Xüsusi əməliyyat – elit “Navy SEALs” dəstəsinin ölkəyə göndərilməsi və prezident Maduronun ələ keçirilməsi və ya zərərsizləşdirilməsi;
İnfrastrukturun ələ keçirilməsi – xüsusi təyinatlı qüvvələrin Venesuelaya göndərilərək aeroportlar, neft yataqları və digər strateji obyektlərin nəzarətə götürülməsi.
Hazırda məsələ ilə bağlı Ağ Ev tərəfindən rəsmi açıqlama verilməyib.
Musavat.com