AZ

Əliyar Ağayevin Praqa macərası: həm VAR a dəvət olundu, həm də qərarını dəyişdi!

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Çempionlar Liqasında oyun gecəsi iki qarşılaşma ilə start götürüb. Praqada keçirilən, 19222 azarkeşin izlədiyi “Slaviya” – “Arsenal” oyununu həmvətənimiz Əliyar Ağayev idarə edib. Londonluların 3:0 hesabıyla qalib gəldiyi oyunda futbolçulara altı sarı vərəqə göstərilib. Ağayev “Arsenal”ın oyunçularını – 24-cü dəqiqədə Nvanerini, 37-ci dəqiqədə Merinonu məhz hakimlə razılaşmadığına, 75-ci dəqiqədə Nerqoru kobud oyuna, 79-cu dəqiqədə Lüis-Skellini rəqibi dirsəklə itələdiyinə görə cəzalandırıb. “Slaviya”dan Zafeyris 70-ci dəqiqədə kobud oyuna, 83-сü dəqiqədə Doudera qeyri-idmani davranışa görə azərbaycanlı referinin qəzəbinə tuş gəlib. Daha bir maraqlı məqam odu ki, 29-cu dəqiqədə top cərimə meydançasında Provodun əlinə dəysə də, Ağayev penalti təyin etməyib. Belədə VAR-dan ona siqnal gəlib. Referi yalnız VAR monitoruna baxandan sonra “nöqtə”ni göstərib və Saka hesabı açıb.Oyunun sonunda daha bir qəribə hadisə baş verib. Əliyar bəy 84-cü dəqiqədə “Arsenal”dan Uaytın rəqibə qarşı kobudluğuna görə əvvəlcə penalti təyin etsə də, qərarına tam əmin olmadığından VAR-a baxmağa gedib. Təkrar baxışdan sonra isə qərarını ləğv edib və çexləri qəzəbləndirib.ORXAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
icma.az

3Mənbələr