AZ

Senatorlar ABŞ hökumətinin maliyyələşmə müddətini dəyişmək istəyirlər

ABŞ senatorları hökumətin dekabr və ya yanvar aylarına qədər yenidən açılmasına imkan verəcək bir razılaşmanı müzakirə edirlər.

Musavat.com xəbər verir ki, məlumatı Semafor resursu yayıb. Bildirilir ki, hökumətin fəaliyyətinin 21 noyabr tarixinə qədər maliyyələşdirilməsi ilə bağlı mövcud razılaşma böhranı həll etməyəcək, çünki qanunvericilərin uzunmüddətli maliyyələşdirmə barədə razılığa gəlməsi üçün çox az vaxt qalır.

Senatın resbublikaçı çoxluq lideri Con Barraso bildirib ki, mövcud vaxt çərçivəsi uzadılmalıdır: "Biz son tarixi uzatmalıyıq. Hazırkı sənəd 21 noyabr tarixinə qədər təyin edilib və bu gün 3 noyabrdır, biz bundan kənara çıxmalıyıq".

Sayt qeyd edir ki, Respublikaçılar və Demokratlar hələ də administrasiyanın yenidən açılması üçün son tarix barədə razılığa gələ bilməyiblər. Birincilər sənədin Miladdan (25 dekabr) əvvəl yenidən bağlanmanın qarşısını almaq üçün hökumətin 15 yanvar tarixinə qədər fəaliyyət göstərməsinə icazə verməsini istəyirlər. Demokrat Partiyasının nümayəndələri isə administrasiya üçün maliyyələşdirmə müddətini 19 dekabr tarixinə qədər uzatmaq istəyirlər.

 

Musavat.com

 

Seçilən
4
28
musavat.com

10Mənbələr