"Bakı şəhərində 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyini qeyd edirik. Bu Qurultay türk xalqları arasında mənəvi birlik, istiqlal uğrunda mübarizə, elmi təfəkkür və mədəni dialoqun inkişafı baxımından son dərəcə mühüm bir hadisə olub".
Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan layihənin yeni buraxılışında Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid deyib.
O qeyd edib ki, Qurultayın 100 illiyi sadəcə tarixi gün deyil: "Çox çətin zamanlarda - istibdad rejimində həmin qurultaya toplaşan əcdadlarımız bu günümüz üçün vacib təməl daşlarını qoyublar. Sözügedən qurultayda iştirak etmiş özbək maarifçiləri - Əbdürrauf Fitrət, Qazi Yunus, Elbək, Şakircan Rahimini xüsusi qeyd etmək lazımdır".
Daha ətraflı Baku TV-nin videomaterialında: