AZ

Dioqo Jota ölümündən sonra “İlin ən yaxşı futbolçusu” seçildi

İtaliyanın nüfuzlu idman qəzeti "Tuttosport" bu ilin ən yaxşı futbolçusu adına vəfat etmiş portuqaliyalı hücumçu Dioqo Jotanı layiq görüb.

90deqiqe.Az-ın məlumatına görə, qəzetin açıqlamasında bildirilir:

“Biz bu mükafatı Diogo Jotaya vermək qərarına gəldik. Bu seçim portuqaliyalı futbolçunun futbol dünyası üçün nümunəvi olduğunu vurğulayır.”

Jota 2025-ci il iyulun 3-də İspaniyanın şimal-qərb hissəsində avtomobil qəzası nəticəsində 28 yaşında dünyasını dəyişib. Avtomobilin təkərinin partlaması səbəbindən nəzarətdən çıxaraq aşıb və yanıb. Hücumçunun qardaşı André Silva da – Portuqaliyada 2-ci divizionda oynayan peşəkar futbolçu – eyni qəzada həlak olub.

Seçilən
81
90deqiqe.az

1Mənbələr