AZ

Ronaldo Tramp barədə fikirlərini bölüşüb

Portuqaliyalı ulduz dutbolçu Kriştiano Ronaldo ABŞ prezidenti Donald Tramp haqqında fikirlərini bölüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Əl-Nəsr"in hücumçusu jurnalist Pirs Morqanın YouTube kanalında danışıb.

O bildirib ki, Donald Tramp dünyanın gedişatını dəyişdirə biləcək şəxsdir.

"Tramp dünyanı dəyişə biləcək və ya dəyişməyə kömək edə biləcək adamlardan biridir", – deyə Ronaldo qeyd edib.

Ötən mövsümdə Ronaldo "Əl-Nəsr" klubunun heyətində bütün turnirlərdə 41 oyunda 35 qol vurub və 4 qolun ötürməsini edib.

Hazırkı mövsümdə Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr" 7 görüşdə topladığı 21 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd esək ki, Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr" klubunun hücumçusu kimi çıxış edir. Ölkədə evli olmayan kişi və qadınların birgə yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya istisna hal kimi ailəsi ilə birgə yaşamağa icazə verilib.

Seçilən
19
1
far.az

2Mənbələr