AZ

“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsinin üçüncü tədbiri keçirilib

01.11.2025-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətən Torpağını Qanları ilə Suvaranlar” adlı layihə çərçivəsində sayca üçüncü tədbir baş tutub.

Qeyd edək ki, bundan öncə keçirilən iki tədbir Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələrini əhatə etmişdi. Növbəti tədbir isə AKU Arenanın örtülü futbol meydançasında keçirilib. Tədbirdə “Vətən” Futbol Klubunun yeniyetmə və gənclərdən ibarət 4 komandası iştirak edib.

Layihə rəhbəri, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, qazi Firidun Məmmədov tədbirin əvvəlində şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi və Dövlət Himninin səsləndirilməsini təklif edib. Daha sonra çıxış edən F. Məmmədov layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

O, layihənin əsas məqsədindən danışaraq qeyd edib ki, Vətənimizin azadlığı uğrunda xalqımız misilsiz rəşadət nümayiş etdirib:

“On minlərlə qəhrəman Vətən övladı canını və sağlamlığını göz qırpmadan Vətənə fəda edib. Şəhidlərimizə və qazilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğı bu qəhrəmanların fədakarlığının ən böyük qiymətidir.”

Firidun Məmmədov çıxışında əlavə edib ki, gənc idmançılar üçün şəhidlərimizə və döyüşçülərimizə münasibətdə ən gözəl nümunəni Ali Baş Komandan öz fəaliyyəti ilə göstərib.
O, həmçinin vurğulayıb ki, bu gün tam azadlığına qovuşmuş Vətənimizin gəncləri üzərinə düşən ən mühüm vəzifə nümunəvi, vətənpərvər və məsuliyyətli vətəndaş olmaq, bütün güc və enerjisini Vətənə xidmətə sərf etməkdir.

Tədbir çərçivəsində şəhidlərimizin və qazilərimizin şərəfinə komandalar arasında yoldaşlıq görüşü keçirilib. Tədbirin sonunda doğum günü olan qazi Rüzigar və gənc futbolçu Mahmud üçün tort kəsilərək onları təbrik ediblər. Daha sonra iştirakçılara hədiyyə paketləri təqdim olunub.

Sonda Firidun Məmmədov AKU Arenanın və “Vətən” Futbol Klubunun rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür edib və layihə çərçivəsində bu kimi tədbirlərin davam etdiriləcəyini bildirib.

 

https://youtu.be/RfQbqnduK4o

AzPost.az

Seçilən
1
3
azpost.info

4Mənbələr