AZ

Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi

Xankəndidə küçələrdən birinə Osmanlı imperiyasının tanınmış sərkərdəsi və dövlət xadimi Ənvər Paşanın adı verilib.

Gundem.az xəbər verir ki, məlumatı İctimai TV yayıb. Qərara əsasən, şəhərin mərkəzində yerləşən əsas küçələrdən biri bundan sonra Ənvər Paşanın adını daşıyacaq.

Ənvər Paşa Azərbaycan tarixində mühüm yer tutan şəxsiyyətlərdəndir. O, 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri kimi Qafqaz İslam Ordusunun yaradılmasına rəhbərlik edib. Həmin ordu Nuru Paşanın komandanlığı altında Azərbaycanın əksər bölgələrini erməni-daşnak qüvvələrindən azad edib.

Seçilən
9
8
gundem.az

10Mənbələr