AZ

“Oynadığınız oyuna da, Kaxaberə də…” - “Qəbələ” azarkeşləri parçalandı

Misli premyer-liqasında 10-cu tur başa çatdı. “Qəbələ” isə arxada qalan 10 turda yalnız 1 qələbə qazanıb, 2 heç-heçə edib. “Qırmızı-qaralar” ümumilikdə yaxşı oynasalar da, bir çox oyunda hesabda öndə olsalar da, sonda qələbə qazana bilməyiblər. Azarkeşlər isə hazırda iki qrupa bölünüb. Yarısı nəticəsizliyə görə baş məşqçisi KaxaberSxadadzenin getməsini, bəziləri də komanda yaxşı oynayır deyə, qalmasını istəyir.
“Football-plus.az” şərhləri təqdim edir.
zaur_bashirov: “Bu nəticə ilə hara kimi getmək fikriniz var?”
eyyubov275: “Kaxanı göndərməyin, qalsın. Əla oyun oynadır. Amma Sanqareni göndərin”.
nezirovv10: “Oynadığınız oyuna da, Kaxaberə də”.
akkhmedov: “Kaxaya şans verin. Onun yerinə başqa əcnəbi baş məşqçi olsaydı, “Sabah”dan azı 4 qol buraxardı”.
ap888749: “Nəticə yoxdusa, nə oyun? 30 mümkün xaldan cəmi 5 xal…”
isgndrv: “Gəlməyin, rədd olun. Bezdik”.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
34
1
football-plus.az

2Mənbələr