Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla, 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) yeni ölkələr qoşula bilər.
Bu barədəBrüsseldə keçirilən brifinqdə Aİ-nin ali nümayəndəsi Kaja Kallas məlumat verib.
“Biz 2030-cu ilə qədər yeni ölkələrin Aİ-yə qoşulmasını real məqsəd hesab edirik”, - Kallas bildirib.
Onun sözlərinə görə, Ukraynanın assosiasiyaya üzvlüyü ölkə üçün təhlükəsizliyin mühüm təminatına çevrilməlidir.