AZ

AzTV açıqlama yaydı

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Artıq bir neçə ildir ki, AzTV və Radio Verilişləri QSC qonorar sistemindən tam imtina edilməsi və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparır.Milli.Az xəbər verir ki, bu barədə AZTV-nin yaydığı açıqlamada qeyd edilib."Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib və əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Əslində sistemin bu cür tənzimlənməsi yaradıcılıqda bizə də kömək edir. Fərqlənən əməkdaşlara, yaxud kənar müəlliflərə ödənişi qonorarla edirik.  Üstəlik, qonorarın tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə düşünürük ki, mənfi təsir edəcək. İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ də gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Hətta prosesə  ötən ildən start verilib. Lakin QSC-də əməkdaşların sayını nəzərə alaraq məsələni mərhələli həll edirik. Və bu problemin gələn il tam olaraq həll olunacağına çalışacağıq."Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
3
news.milli.az

10Mənbələr