AZ

“Azərbaycan Nəşriyyatı”na pul ayrılmamasının səbəbi bəlli olub

Azərbaycan Nəşriyyatı MMC-nin işi dövlət qəzetlərinin çapı ilə məhdudlaşmır. Nəşriyyat öz fəaliyyətini davam etdirəcək.


News365.az xəbər verir ki, bu barədə “Azərbaycan Nəşriyyatı”ndan məlumat verilib.

Bildirilib ki, əvvəlki illərdə “Azərbaycan” nəşriyyatına dövlət büdcəsindən dövlət sifarişinin icrası – “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” və “Azərbaycan” qəzetlərinin çapı üçün maliyyə vəsaiti ayrılırdı. 2026-cı ildən etibarən isə bu vəsaitin birbaşa qəzetlərə ayrılacağı planlaşdırılır.

“Azərbaycan Nəşriyyatı” MMC digər istiqamətlər üzrə dövlət büdcəsindən vəsait almır. Yəni söhbət yalnız yuxarıda qeyd olunan qəzetlərin çapı üçün ayrılan vəsaitdən gedir. “Azərbaycan Nəşriyyatı” MMC-nin işi dövlət qəzetlərinin çapı ilə məhdudlaşmır. Nəşriyyat öz fəaliyyətini davam etdirəcək”,- vurğulanıb.

Seçilən
9
3
news365.az

4Mənbələr