AZ

Gürcüstan və Səudiyyə Ərəbistanı parlamentlərinin üzvləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tbilisi, 4 noyabr, AZƏRTAC

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Ər-Riyadda Səudiyyə Ərəbistanı parlamentində görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub. Tərəflər Gürcüstan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd ediblər, ticarət-iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Gürcüstanın işğal olunmuş rayonlarındakı çətin vəziyyət, Cənubi Qafqazda təhlükəsizlik problemləri, Gürcüstanın son illərdə əldə etdiyi iqtisadi tərəqqi barədə məlumat verilib. Regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının vacibliyi qeyd olunub. Bildirilib ki, sülh və sabitlik iqtisadi inkişafa təkan verəcək.

Səudiyyə Ərəbistanı parlamentinin üzvləri Yaxın Şərqdə baş verən cari hadisələri, Səudiyyə Ərəbistanı hökumətinin planlaşdırdığı islahatları və 2030-cu il baxışını müzakirə ediblər.

Görüş zamanı informasiya texnologiyaları, bərpa olunan enerji, infrastruktur tikintisi sahələrində investisiya imkanları müzakirə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
2
azertag.az

3Mənbələr