AZ

Cəlladın sözünü yerə salan AKADEMİYA PREZİDENTİ

Akademik Musa Əliyev 1950-ci ildə Akademiyanın həqiqi üzvü seçilmiş, 1950-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuşdur. Onun “Ömrüm” adlı xatirələr kitabından kiçik bir parça Akademiyanın yubileyi üçün göydəndüşmədir.

İBLİSİN OYUNLARI

“...1953-cü ilin fevral ayı idi, səhər hökumət telefonunun zəngi səsləndi, Bağırovun tanış səsi eşidildi: ”Əliyev, bir qulaq as, mənim yanımda bizim söhbətin şahidləri var: Quliyev, Yaqubov, Həsənov, Qafarzadə. Mən sənə Mirəsədulla Mirqasımovu, Səməd Vurğunu, Mirzə İbrahimovu və Qazıyevi akademiklikdən xaric etməyi tapşırıram. Yerinə yetirməsən, səni partiyadan çıxaracağam, həm də yada salaq ki, sənin sonuncu xəbərdarlıqla bir töhmətin vardır. Özün başa düşürsən ki, partiya sıralarında olmayan şəxs akademiyanın prezidenti ola bilməz. Mən sənə xəbərdarlıq etdim. Yerinə yetirməsən, təqsirkar özünü bil!”

Azərbaycanın böyük şairini, xalqın sevimlisini xaric etməliyəm? Mənim bunu niyə etdiyimi kim başa düşər? Ya da Mirəsədulla Mirqasımov, AEA-nın ilk prezidenti, bizim ağsaqqalımız, o müqəddəs insan nə üçün bunu etdiyimi başa düşə bilməz. Anladım ki, bütün bunlar iblisin oyunlarıdır və başımda bir bəla var.

Gecə hər şeyi Sonaya danışdım. Xəbərdarlıq etdim ki, məni Solovki (uzaq Sibirdə cəhənnəm adası) gözləyir. Taleyimdən son dərəcə razıyam ki, mənə həyat yoldaşı kimi məhz Sona qismət olub! Sədaqətli, vəfalı Sona. Ən böhranlı vəziyyətlərdə belə həmişə mənə tərəfkeşlik edib. Daima yanımda olub. Həyatın belə çətin anında hər qadın deməzdi:

Seçilən
12
publika.az

1Mənbələr