AZ

“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb - FƏRMAN

Prezident İlham Əliyev “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb.

Aznews.az xəbər verir ki, Fərmanda deyilir ki, məhkəmə ekspertizası fəaliyyətində şəffaflığın və operativliyin artırılması ədalət mühakiməsinin həyata keçirilməsi, həmçinin təhqiqat və ibtidai istintaq zamanı obyektiv rəylərin təqdim edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə müasir texnologiyaların tətbiqi obyektiv, hərtərəfli və ətraflı məhkəmə ekspertizası tədqiqatlarının aparılmasında, yarana biləcək sui-istifadə hallarının qarşısının alınmasında olduqca vacibdir.

Fərmana əsasən, dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sistemi (bundan sonra – Sistem) yaradılıb.

Müəyyən edilib ki, sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir, sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

Seçilən
29
25
aznews.az

10Mənbələr