AZ

"Mübarizə aparacağıq" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Çelsi”yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.


Manset.az xəbər verir ki, o, əvvəlcə qarşılaşma barədə danışıb: “Böyük tarixi olan komandaya qarşı oynayacağıq. Bu cür oyunçuların Bakıya gəlməsi futbolumuz üçün böyük hadisədir. Pis hazırlaşmamışıq. Mübarizə aparacağıq. Ən azından elə oyun oynamaq istəyirik ki, azarkeşlər zövq alsın”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Seçilən
27
manset.az

1Mənbələr