İran Prezidenti Məsud Pezeşkian öz aylıq maaşını məktəb tikintisi üzrə milli kampaniyanın hesabına köçürüb. Bununla o, cəmi iki gün ərzində verdiyi ictimai vədi yerinə yetirib.
Ölkə.Az SNNTV-yə istinadən xəbər verir ki, bu barədə Məktəblərin Təmir, İnkişaf və Təchizatı üzrə Milli Təşkilatın rəhbəri Rza Xanmohammadi məlumat verib.
Onun sözlərinə görə, Pezeşkian oktyabrın 30-da tikinti sektorunun nümayəndələri və donorlarla görüş zamanı vəsait ayıracağına söz verib. Köçürmə noyabrın 1-i səhər saatlarında həyata keçirilib və bu, rəsmi depozit məktubu ilə təsdiqlənib.
“Məktəb tik” adlı milli kampaniya İranda 2025-ci ilin payızında başlayıb. Layihənin məqsədi vətəndaşları təhsil müəssisələrinin tikintisi və təmirinə həm maliyyə, həm də könüllü dəstək şəklində cəlb etməkdir.