AZ

Zelenski cəbhə xəttinə yollanıb

ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Dobropol istiqamətindəki mövqelərə baş çəkib və burada Ukrayna Milli Qvardiyasının “Azov” 1-ci korpusunun döyüşçüləri ilə görüşüb.

Missiya.Az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün“Teleqram” kanalında paylaşım edib.

Bildirilib ki, hazırda bölmə əlaqəli qüvvələrlə birlikdə cəbhənin ən qaynar hissələrindən birində müdafiəni həyata keçirir. Ukrayna dövlət başçısı hərbçilərin əməliyyat şəraiti ilə bağlı məruzələrini dinləyib, komandanlıqla cari müdafiə ehtiyaclarını müzakirə edib.

Məlumata görə, silah təminatına, dron istehsalının genişləndirilməsinə, briqadaların maddi təminatına, xüsusilə Azov Korpusunun döyüş təcrübəsinin tətbiqinə xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, səfər zamanı Zelenski əsgərlərə xidmətlərinə görə təşəkkür edib və döyüşlərdə fərqlənən hərbçilərə dövlət mükafatlarını təqdim edib.

"Müdafiəçilər mühüm istiqamətdə xidmət edirlər. Mən Ukraynanı və ərazi bütövlüyümüzü qoruyan əsgərlərə təşəkkür edirəm. Bu, bizim dövlətimizdir və biz onu qorumaq üçün əlimizdən gələni edəcəyik", - deyə Zelenski əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
missiya.az

2Mənbələr